Azərbaycan Premyer Liqası: Paytaxtda “Sabah” - “Kəpəz” qarşılaşması

15 Avqust 2026 09:25
152
Azərbaycan Premyer Liqası: Paytaxtda “Sabah” - “Kəpəz” qarşılaşması

Misli Premyer Liqasının 2026/2027 mövsümünün I turu çərçivəsində bu gün “Sabah” və “Kəpəz” komandaları qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Matçın baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək edəcəklər. Əli Əliyev ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

İdman.Biz