Endrik “Şalke 04”lə matçda iştirak etməyəcək

15 Avqust 2026 07:11
215
Endrik “Şalke 04”lə matçda iştirak etməyəcək

"Real Madrid" və Braziliya millisinin hücumçusu Endrik komandanın 16 avqustda Gelzenkirxendəki "AufŞalke" stadionunda keçiriləcək "Şalke 04" komandasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək.

İdman.Biz bu barədə jurnalist Melçor Ruisə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Endrikə əzələ gərilməsi diaqnozu qoyulub. Onun yeni mövsümün əvvəlinə qədər sağalacağı gözlənilir. "Los Blancos" La Liqanın ilk turunda 22 avqustda səfərdə "Espanyol"la qarşılaşacaq.

Endrik 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib və bütün turnirlərdə 21 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz