“Neftçi”nin legionerinin millisi qələbəni son anda qazandı

17 Noyabr 2026 02:15
19
“Neftçi”nin legionerinin millisi qələbəni son anda qazandı

“Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın çıxış etdiyi Benin millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində dramatik qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, F qrupunun dördüncü turunda Benin Mərkəzi Afrika Respublikası yığmasını 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma Kamerunun Duala şəhərində keçirilib.

Dalmeyda meydana kapitan sarğısı ilə start heyətində çıxıb və qarşılaşmanı əvəzlənmədən başa vurub. lematinal.bj

Beninə üç xal qazandıran qolu 89-cu dəqiqədə meydana daxil olan Ede Oloko vurub. Hücumçu 90+3-cü dəqiqədə fərqlənərək görüşün taleyini həll edib.

Bu nəticədən sonra dörd oyunda 10 xal toplayan Benin qrupda liderliyini qoruyub. Komanda bir oyun az keçirən Burkina-Fasonu üç xal qabaqlayır. Xalı olmayan Mərkəzi Afrika Respublikası isə final mərhələsinə yüksəlmək şansını itirib.

İdman.Biz