Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasında Türkiyə üzərində qələbədən sonra futbolçuları ilə oyunun yekunlarını müzakirə edə bilməyib.
İdman.Biz “RMC Sport”a istinadən xəbər verir ki, buna yığmanın bir neçə aparıcı futbolçusunun qarşılaşma başa çatdıqdan dərhal sonra stadionu tərk etməsi səbəb olub.
Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən cəmi 15 dəqiqə sonra, yerli vaxtla saat 22:53-də komandanın kapitanı Kilian Mbappe Bordodan ayrılıb. Onun ardınca Rayan Şerki və Malo Qusto da birlikdə stadionu tərk ediblər. Eduardo Kamavinqa da klubuna qayıtmağa tələsən futbolçular arasında olub.
Gecə yarısından az sonra iki özəl çarter təyyarəsi havaya qalxaraq fransalı futbolçuları Madrid və Milana aparıb.
Zidan isə həmin vaxt oyundan sonrakı məcburi media öhdəliklərini yerinə yetirməli olub. Baş məşqçi mətbuat nümayəndələri ilə görüşünü başa vurduqda futbolçular artıq stadiondan ayrılmışdılar.
Nəticədə 54 yaşlı mütəxəssis nə Türkiyə ilə qarşılaşmanı komanda ilə təhlil edə, nə də noyabr toplanışına yekun vura bilib.
Fransa millisinin növbəti toplanışı martın sonlarında keçiriləcək.
