Azərbaycan millisinin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov yığma komandadakı karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu milli komandada son oyununu Andorraya qarşı keçirilən və Azərbaycanın 3:1 hesablı qələbəsi ilə yekunlaşan yoldaşlıq görüşündə keçirib.
Matçdan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev Mahmudova xatirə hədiyyəsi olaraq 66 nömrəli forma təqdim edib.
2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 65 oyunda 15 qol vurub.
Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisinin tarixində ən məhsuldar futbolçu olub.
