Paracüdoçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

14 Avqust 2026 13:59
141
Paracüdoçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Almaniyada keçirilən böyüklər arasında Avropa çempionatında debüt edən paracüdoçumuz Hüseyn İsmayılzadə uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, 17 yaşlı idmançımız (J2, 70 kq) 1/8 finalda Böyük Britaniyanı təmsil edən Jimmy Aldersonla qarşılaşıb.

Hüseyn rəqibinə ipponla qalib gələrək adını 1/4 finala yazdırıb.

Beləliklə, Avropa çempionatında debüt edən Hüseyn İsmayılzadə mübarizəni davam etdirir.

İdman.Biz