Parataekvondoçularımız final üçün tatamiyə çıxacaqlar

27 Noyabr 2026 10:30
52
Parataekvondoçularımız final üçün tatamiyə çıxacaqlar

Bu gün Qazaxıstanın paytaxtı Astanada parataekvondo üzrə Qran-pri finalı keçiriləcək.

İdman.Biz xəbər verir ki, turnirdə Azərbaycanı K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil edəcəklər.

Parataekvondoçularımız yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

İdman.Biz