Azərbaycanlı parataekvondoçu dünya çempionatında qızıl medal qazandı

20 Noyabr 2026 11:34
61
Azərbaycanlı parataekvondoçu dünya çempionatında qızıl medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Singh, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-wen üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçı finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.

İdman.Biz