Parakarateçi: “Qızıl medal qazanmaq mənə böyük təcrübə verdi”

6 Noyabr 2026 12:58
39
Parakarateçi: “Qızıl medal qazanmaq mənə böyük təcrübə verdi”

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olan parakarateçi Aysel Əhmədli finalda özündə daha çox inam hiss etdiyini bildirib.

“Parakaratedə çox uğurla çıxış etdim və rəqiblərimi məğlub edərək qızıl medal qazandım. Son yarışımda üçüncü yeri tutduğum üçün bu turnir mənə böyük təcrübə qazandırdı. Şotokan üslubu üzrə finala çıxanda özümdə daha çox inam hiss etdim”, - deyə o report.az-a açıqlamasında söyləyib.

İdmançı gələcək hədəflərindən də söz açıb:

“İndi diqqətim 2027-ci ildə Fransada keçiriləcək Ümumdünya Karate Federasiyasının (WKF) versiyası üzrə parakarate üzrə Avropa çempionatına yönələcək. Bu çempionata çox ciddi hazırlaşacağam. Düşünürəm ki, orada da məşqçimin, federasiyanın və yaxınlarımın ümidlərini doğruldacağam”.

Qeyd edək ki, A.Əhmədli parakarate yarışlarının K10 kateqoriyasında Avropa çempionu olub.

İdman.Biz