Beynəlxalq paralimpiya nümayəndələri Zəfər Muzeyini ziyarət ediblər - FOTO

18 Oktyabr 2026 11:53
109
Beynəlxalq paralimpiya nümayəndələri Zəfər Muzeyini ziyarət ediblər - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi və beynəlxalq nümayəndə heyəti Zəfər Muzeyini ziyarət edib.

İdman.Biz xəbər verir ki, ziyarətdə Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmək üçün Azərbaycana gələn beynəlxalq paralimpiya təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Nümayəndə heyəti Vətən müharibəsində qazanılan tarixi Zəfəri əks etdirən ekspozisiyalarla tanış olub, muzeyin memorial və sərgi komplekslərinə baxış keçirib.

İdman.Biz