Dörd parataekvondoçumuz dünya çempionatında mübarizə aparacaq

19 Noyabr 2026 17:19
177
Dörd parataekvondoçumuz dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın dörd parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Yarışda ölkəni K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər.

İdman.Biz