İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

21 Noyabr 2026 11:34
71
İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiya çempionu 1/8 finalda almaniyalı Kolya Qrabeni məğlub edib.

O, 1/4 finalda türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə uduzub.

İdman.Biz