“Neftçi” bu gün Latviyada növbəti avrokubok matçına çıxacaq

18 Noyabr 2026 09:23
42
“Neftçi” bu gün Latviyada növbəti avrokubok matçına çıxacaq

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti sınağını keçirəcək.

İdman.Biz xəbər verir ki, təmsilçimiz H qrupunun yeddinci turu çərçivəsində Latviyada “Riqa” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki altı matçda bir qələbə qazanan və beş dəfə məğlub olan “Neftçi” 7 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.

İdman.Biz
Məqalədə: