Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyunların vaxtı açıqlandı

17 Noyabr 2026 20:12
31
Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyunların vaxtı açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) birinci, ikinci və üçüncü turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Təqvimə əsasən, noyabrın 21-də “Sabah” və “Gəncə” komandaları üz-üzə gələcəklər. Noyabrın 22-də isə daha iki qarşılaşma baş tutacaq.

Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, qarşılaşmalara biletləri Azərbaycan Basketbol Federasiyasının rəsmi saytından və oyun günü arenanın kassasından əldə etmək mümkündür.

İdman.Biz