UEFA Konfrans Liqasının üçüncü mərhələsinin "Qarabağ" və "Dinamo Kiyev" arasında cavab oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Ağdam klubu 2:0 hesabı ilə qalib gələrək Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. İlk oyun 1:0 hesabı ilə "Dinamo"nun xeyrinə qurtarmışdı.
Növbəti mərhələdə "Qarabağ" "DAK 1904" (Slovakiya) - "Tvente" (Niderland) cütlüyünün qalibi ilə üz-üzə gələcək.
21:32
"Qarabağ" - "Dinamo Kiyev" oyununda ikinci qol vurulub.
İdman.Biz xəbər verir ki, 69-cu dəqiqədə Aleksey Kaşuk hesabı 2:0 edib.
21:08
"Qarabağ" - "Dinamo Kiyev" oyununda ikinci yarı başlayıb.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra ağdamlıları irəlidədirlər - 1:0.
20:50
"Qarabağ" - "Dinamo Kiyev" oyununda ilk yarı bitib.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra ağdamlıları irəlidədirlər - 1:0.
20:13
"Qarabağ" - "Dinamo Kiyev" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 12-ci dəqiqədə Jali Muaddib 12-ci dəqiqədə ağdamlıları irəli çıxarıb.
20:00
“Qarabağ” Konfans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”sunu qəbul edir.
İdman.Biz xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
19:05
Bu gün “Qarabağ” Konfans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Dinamo” önünə çıxacaq.
İdman.Biz xəbər verir ki, hər iki komandanın start heyəti bəlli olub.
Tofiq Bəhramov stadionunda keçiriləcək görüşə 20:00-da start veriləcək:
"Qarabağ": 23. Zlomisliç, 2. Mateus Silva, 4. Bençe Vorkonyi, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 9. Coni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Lobato
Baş məşqçi: Qurban Qurbanov
"Dinamo"(Kiyev):71. Surkis, 5. Sıç, 40. Bilovar, 32. Mixhavko, 44. Dubinçak(k), 6. Brajko, 15. Rubçinski, 39. Gerrero, 21. Lonviyk, 70. Reduşko, 11. Ponomarenko
Baş məşqçi: İqor Kostyuk
Ehtiyat oyunçular: 43.Olxovyi, 10. Şaparenko, 14.Luisin, 16. Oqundana, 18. Timçik, 22. Kabayev, 23. Malış, 29. Buyalski, 66. Tiare, 91. Mixaylenko, 99. Munqenge
09:16
“Qarabağ” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində bu gün növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi cavab qarşılaşmasında Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İngiltərədən olan FIFA referisi Stüart Attuell olacaq.
Tərəflər arasında ilk matç Polşada keçirilib. Həmin qarşılaşmada “Dinamo” minimal hesablı qələbə qazanıb - 1:0. Buna görə “Qarabağ” mərhələ adlamaq üçün Bakıdakı görüşdə hesab fərqini öz xeyrinə dəyişməlidir.
Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) - DAK 1904 (Slovakiya) duelində üstün olan komanda ilə üz-üzə gələcək.
