DÇ-2026: Norveç 1/8 finalda Braziliyaya rəqib olur - YENİLƏNİB + VİDEO

30 İyun 2026 22:58
1 002
DÇ-2026: Norveç 1/8 finalda Braziliyaya rəqib olur

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin Kot-d'İvuar - Norveç matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, Norveç millisi 2:1 hesabı ilə qələbə qazanıb. Norveç millisi tarixində ilk dəfə mundialın pley-off mərhələsində uğur qazanıb.

1/8 finalda norveçlilər Braziliya ilə qarşılaşacaqlar.

22:47

Kot-d'İvuar - Norveç matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 86-cı dəqiqədə Erlinq Holand norveçliləri irəli çıxarıb - 2:1.

22:35

Kot-d'İvuar - Norveç matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 74-cü dəqiqədə Amad Diallo bərabərlik qolunu vurub.

22:06

Kot-d'İvuar - Norveç matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk hissə norveçlilərin üstünlüyü ilə bitib - 1:0.

21:51

Kot-d'İvuar - Norveç matçında fasilədir.

İdman.Biz bildirir ki, ilk hissə norveçlilərin üstünlüyü ilə bitib - 1:0.

21:41

Kot-d'İvuar - Norveç matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 39-cu dəqiqədə Antonio Nusa hesabı açıb.

21:00

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.

İdman.Biz bildirir ki, 1/8 finala çıxmaq uğrunda Kot-d'İvuar və Norveç milliləri qarşılaşırlar.

Matç “AT&T Stadium”da keçirilir. Baş hakim venesuelalı Xesus Valensueladır.

Kot-d'İvuar E qrupunda 6 xalla ikinci yeri tutub. Norveç isə 6 xalla I qrupunda ikinci olub.

Bu cütün qalibi 1/8 finalda Braziliya millisi ilə qarşılaşacaq.

İdman.Biz