Futbol üzrə Kanada millisi DÇ-2026-nın 1/16 final mərhələsində CAR-a qalib gəlib.
İdman.Biz xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərində yerləşən “SoFi” stadionunda keçirilən görüş Kanada yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini son dəqiqələrdə vurulan qol həll edib. Kanadanın heyətində Stiven Eustakio 90+2-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə daşıyıb.
Görüşü portuqaliyalı baş hakim Joau Pedru Pinheyru idarə edib.
Kanada millisi 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə finalda Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurub, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.
00:54
Oyunun uzatma dəqiqələrində - 90+2-ci dəqiqədə Kanada Estakionun qolu ilə hesabı açır - 0:1.
00:06
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqəsi qolsuz başa çatan CAR - Kanada qarşılaşmasında ikinci hissə başladı. Bu, pley-off mərhələsinin ilk oyunudur.
23:52
Futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin ilk oyununda - CAR - Kanada qarşılaşmasının birinci hissəsində hesab açılmayıb.
23:00
Futbol üzrə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinə start verildi.
İdman.Biz xəbər verir ki, pley-offun ilk oyununda CAR və Kanada yığmaları üz-üzə gəlir. Los-Anceles stadionunda keçirilən görüşü Portuqaliyadan olan baş hakim Juan Pineyru idarə edir.
09:31
2026-cı il dünya çempionatında bu gün 1/16 final mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, pley-offun ilk oyununda CAR və Kanada yığmaları üz-üzə gələcək. Los-Anceles stadionunda keçiriləcək görüşü Portuqaliyadan olan baş hakim Juan Pineyru idarə edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşdə qalib komanda 1/8 final mərhələsinə yüksələcək. Məğlub olan yığma isə mundialla vidalaşacaq.
Əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt oynanılacaq. Bu müddətdə də qalib müəyyənləşməsə, mərhələ adlayacaq komanda penaltilər seriyasında bəlli olacaq.
DÇ-2026, 1/16 final mərhələsi
23:00 CAR - Kanada.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
