Duşan Vlahoviç “Beşiktaş”a keçir

12 Avqust 2026 10:35
146
Duşan Vlahoviç “Beşiktaş”a keçir

Serbiya millisinin hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyənin “Beşiktaş” futbol komandasında davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçunun İstanbul təmsilçisinə keçidi ilə bağlı tərəflər tam razılığa gəlib. Vlahoviç “Beşiktaş”la üçillik müqavilə imzalayacaq.

Futbolçunun illik təxminən 8 milyon avro (15.5 milyon AZN) maaş alacağı bildirilir. Vlahoviçin İstanbulda tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atması gözlənilir.

Serbiyalı hücumçu “Yuventus”la müqaviləsi 30 iyunda başa çatdıqdan sonra azad agent statusunda idi. O, Turin komandasında 168 oyunda 68 qol vurub.

İdman.Biz