“Mançester Yunayted” Karrikə “Bavariya”dan köməkçi gətirə bilər

11 Noyabr 2026 05:09
44
“Mançester Yunayted” Karrikə “Bavariya”dan köməkçi gətirə bilər

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Karrikin gələcəyi ilə bağlı müxtəlif variantları müzakirə edir.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, klub Karriki istefaya göndərmək əvəzinə mövcud məşqçilər heyətini gücləndirmək imkanını da nəzərdən keçirir.

Namizədlərdən biri “Bavariya”nın baş məşqçisi Vensan Kompaninin köməkçisi Aaron Danksdır. O, daha əvvəl “Midlsbro”da Karriklə birlikdə çalışıb. Danksın hələ yayda “Mançester Yunayted”in məşqçilər heyətinə qoşula biləcəyi bildirilirdi.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 oyundan sonra səkkiz xalla 18-ci pillədə, aşağı liqaya düşmə zonasında qərarlaşıb. Komanda bir qələbə qazanıb, beş dəfə heç-heçə edib və dörd görüşdə məğlub olub.

İdman.Biz