“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes dünya futbolunda çıxışlarına kifayət qədər dəyər verilmədiyini düşünür.
İdman.Biz TV3-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu klub daxilində özünü dəyərli hiss etdiyini söyləsə də, ümumilikdə daha çox təqdirə layiq olduğunu bildirib:
“Mənə daim daha az dəyər verilməsi bir qədər narahat edir. Amma klub, komanda yoldaşlarım və azarkeşlər tərəfindən çox sevilirəm”.
Fermin son dövrdə Kataloniya klubunda uğurlu çıxışı ilə diqqət çəkir. Onun “Atletiko” ilə qarşılaşmada iki qol vurması yaddaqalan məqamlarından olub.
Yarımmüdafiəçi “Barselona”nın orta xəttində vacib oyunçulardan birinə çevrilməkdə davam edir.
