“Real Madrid” və İspaniya millisinin futbolçusu Mark Kukurelya komanda yoldaşı Arda Gülərin Madrid klubunun oyununa təsirindən danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu COPE-nin “El Partidazo” verilişinə müsahibəsində türkiyəli yarımmüdafiəçinin yetərincə diqqət görmədiyini söyləyib:
“Bir qədər kölgədə qalan bir futbolçudan danışacağam. Bu, Arda Gülerdir. O, oynayanda fərqli komandaya çevrilirik. Uşaq siması var, amma heyranedici və çox keyfiyyətli futbolçudur”.
Qeyd edək ki, 21 yaşlı Güler cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.
“Transfermarkt” onun bazar dəyərini 100 milyon avro (190,37 milyon manat) qiymətləndirir. Futbolçunun “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
