Poçettino “Mançester Yunayted”i çalışdırmağa hazırdır

10 Noyabr 2026 10:46
75
Poçettino “Mançester Yunayted”i çalışdırmağa hazırdır

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”in sükanı arxasına keçmək ehtimalını istisna etmir.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, bir neçə mənbə argentinalı mütəxəssisin İngiltərə klubundan təklif alacağı təqdirdə bu variantı nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib.

Poçettino avqust ayında ABŞ Futbol Federasiyası ilə müqaviləsini uzadıb. Lakin iddialara görə, yeni anlaşmada ona bəzi aparıcı klublardan təklif alacağı təqdirdə millidən ayrılmağa imkan verən xüsusi bəndlər yer alıb.

“Mançester Yunayted” artıq Maykl Kerrikin mümkün əvəzləyicilərini axtarır. Onun vəzifəsindən ayrılması ehtimalı getdikcə artır.

Baş məşqçi postuna digər namizəd isə Antonio Konte hesab olunur. Məlumata görə, italiyalı mütəxəssis də “Mançester Yunayted”də işləməkdə maraqlıdır.

İdman.Biz