Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı

10 Noyabr 2026 10:56
68
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

PFL-in qərarına əsasən, noyabrın 19-da Birinci Liqanın səkkizinci turunda baş tutacaq “Xankəndi” - “Karvan-Yevlax” matçı bu stadionda baş tutacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

İdman.Biz