“Araz-Naxçıvan”ın futbolçusu İssuf Paro cərrahiyyə əməliyyatı keçirib.
İdman.Biz kluba istinadən xəbər verir ki, ön çarpaz bağın qopması diaqnozu qoyulan müdafiəçi bu gün Türkiyədə “Açıbadem Ankara” xəstəxanasında əməliyyat olunub. Əməliyyatı həkim Mehmet Binnət həyata keçirib.
Paro üç gündən sonra xəstəxananı tərk edəcək. Onun gələn ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt”la keçirilən oyunda zədələnib.
