“Barselona” qış transfer pəncərəsində “Bavariya”nın mərkəz müdafiəçisi Conatan Tanı heyətinə qatmaq imkanını nəzərdən keçirir.
İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 30 yaşlı almaniyalı futbolçunun mümkün transferi ilə bağlı artıq sorğu göndərib.
“Barselona”nın idman direktoru Deku müdafiəni Pau Kubarsi ilə tandem yarada biləcək təcrübəli futbolçu ilə gücləndirmək istəyir. Klubda belə bir oyunçunun komandaya etibarlılıq və liderlik keyfiyyətləri qazandıracağına ümid edirlər. Ta bu mövqe üçün əsas namizədlərdən biridir.
Lakin transferin reallaşması asan görünmür. “Bavariya” yanvarda müdafiəçini satmaqda maraqlı deyil və onu uzunmüddətli planlarının vacib hissəsi hesab edir. Futbolçu özü də komandadakı vəziyyətindən razı olduğu üçün Münhendən ayrılmaq niyyətində deyil.
Xatırladaq ki, Ta 2025-ci ilin yayında “Bavariya”ya keçib və indiyədək klubun heyətində 67 rəsmi matçda iştirak edib. Müdafiəçi Almaniya millisində də 53 görüş keçirib.
Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
