Qvardiolanın sabiq köməkçisi “Lion”un baş məşqçisi oldu

10 Noyabr 2026 02:32
45
Qvardiolanın sabiq köməkçisi “Lion”un baş məşqçisi oldu

Fransanın “Lion” futbol klubu Karlos Visensin komandanın baş məşqçi təyin olunduğunu açıqlayıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Visens daha əvvəl “Mançester Siti”də Pep Qvardiolanın məşqçilər korpusunda çalışıb. O, 2025-ci ilin yayında İngiltərə klubundan ayrılaraq Portuqaliyanın “Braqa” komandasına rəhbərlik edib. Lakin 2026-cı ilin oktyabrında istefaya göndərilib.

İspaniyalı mütəxəssis “Lion”da karyerasını Lissabon “Sportinq”ində davam etdirən Paulu Fonsekanı əvəzləyib.

Qeyd edək ki, Fransa çempionatında 12 turdan sonra “Lion” Liqa 1-in turnir cədvəlində beşinci yerdədir.

İdman.Biz