Holand üç il əvvəlki uğurunu təkrarladı

9 Noyabr 2026 23:59
50
Holand üç il əvvəlki uğurunu təkrarladı

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holand İtaliyanın “Tuttosport” nəşrinin ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “Golden Player” mükafatını qazanıb.

İdman.Biz xəbər verir ki, norveçli futbolçu səsvermənin nəticələrinə əsasən karyerasında ikinci dəfə bu mükafata layiq görülüb. O, ilk dəfə 2023-cü ildə bu uğura imza atıb.

Holand 2026-cı ildə klub və milli komandanın heyətində keçirdiyi 53 oyunda 46 qol vurub, beş məhsuldar ötürmə edib.

Hücumçu “Mançester Siti” ilə İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. O, həmçinin 27 qolla Premyer Liqanın bombardiri olub.

Bundan başqa, Holand 2026-cı il dünya çempionatında beş dəfə fərqlənib.

İdman.Biz