Kapello: “Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır”

9 Noyabr 2026 23:15
35
Kapello: “Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır”

İtaliyalı məşqçi Fabio Kapello “Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kenan Yıldızı “Barselona”nın futbolçusu Lamin Yamalla müqayisə edib.

İdman.Biz xəbər verir ki, Kapello “Bulqarelli” mükafatının təqdimat mərasimində Türkiyə millisinin üzvünün Turin təmsilçisi üçün əhəmiyyətindən danışıb:

“O, başqalarının ağlına belə gəlməyənləri edir. Onun yoxluğunu “Yuventus” da, futbol da, azarkeşlər də hiss edir. O, yaradıcıdır və oyuna yaradıcılıq gətirir. Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır!”

Yıldızın yoxluğu “Yuventus”un oyununda xüsusilə hiss olunur. Türkiyəli futbolçu komandanın ən yaradıcı oyunçularından biri hesab edilir və onun meydana qayıdışı səbirsizliklə gözlənilir.

Kenanın bir neçə müdafiəçini üzərinə çəkməsi komanda yoldaşları üçün boş sahələr yaradır. Fərdi ustalığı isə ona qarşılaşmaların gedişini dəyişən həlledici epizodlarda fərqlənmək imkanı verir.

İdman.Biz