Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPRO) 2026-cı ilin rəmzi komandasını açıqlayıb.
İdman.Biz xəbər verir ki, təşkilatın rəsmi məlumatına əsasən, heyət 73 ölkədən 19 806 peşəkar futbolçunun səsverməsi ilə müəyyənləşib. Komandaya bir qapıçı, üç müdafiəçi, üç yarımmüdafiəçi və dörd hücumçu daxil edilib.
“Qızıl top”un sahibi Harri Keyn yekun heyətdən kənarda qalıb. İngiltərəli hücumçu səslərin 27,6 faizini toplayıb. Rəmzi komandaya düşən Erlinq Holandın göstəricisi isə 28,4 faiz olub.
Qapıçı: David Raya (“Arsenal”)
Müdafiəçilər: Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi (PSJ), Nuno Mendeş (PSJ)
Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real Madrid”), Rodri (“Mançester Siti” / “Barselona”), Vitinya (PSJ)
Hücumçular: Erlinq Holand (“Mançester Siti”), Kilian Mbappe (“Real Madrid”), Lionel Messi (“İnter Mayami”), Lamin Yamal (“Barselona”)

