“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasının 11-ci turunda səfərdə “Napoli” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanı şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra futbolçularının əhvali-ruhiyyəsindən danışıb:
“Bu, çətin səfərdir, rəqib də güclü komandadır. Soyunub-geyinmə otağına girdim, orada sanki morq idi. İlk hissəni əla keçirdik. İkinci hissənin əvvəlində bizi qapımıza sıxışdırdılar, amma bunu gözləmək lazım idi”.
Qattuzo oyunçularının nəticə ilə kifayətlənməməsindən razı qaldığını deyib:
“Komandanın bu gün məyus olması xoşuma gəlir. Bu futbolçularla fəxr edirik. Belə bir vaxtda buraya gəlmək heç vaxt asan olmur. Buna görə də razı qalmalıyıq. Daha çox təbəssüm görmək istəyirəm. Məncə, bu gün də yaxşı oyun nümayiş etdirdik”.
