Mourinyo La Liqada ayın ən yaxşı məşqçisi seçildi

9 Noyabr 2026 20:23
43
Mourinyo La Liqada ayın ən yaxşı məşqçisi seçildi

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabrın ən yaxşı məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis yekun səsvermədə “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Matarasso və “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni geridə qoyub.

“Real Madrid” oktyabrda çempionatda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb. Madrid təmsilçisi “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.

Bu, Mourinyonun cari mövsümdə qazandığı ilk belə mükafatdır.

İdman.Biz