“Barselona” futbolçularının biləklərinə taxdıqları sarğılarla dopinq arasında əlaqə olduğu barədə iddialar yenidən gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan müzakirələr dopinq fərziyyələrini yenidən gündəmə gətirib.
Bu dəfə müzakirələrə Lamin Yamalın “Atletiko” ilə oyundan sonrakı hərəkətləri səbəb olub. İddialara görə, gənc futbolçu final fitindən dərhal sonra biləyindəki sarğını çıxarmağa çalışıb və onun yoxlanılmasına imkan verməyib.
Həmçinin qeyd olunur ki, Yamal Çempionlar Liqası matçlarında bu cür sarğılardan istifadə etmir. Sosial şəbəkə istifadəçiləri bunu UEFA-nın dopinq nəzarətinin daha ciddi olması ilə əlaqələndirirlər.
Müzakirələrdə futbolçunun məşqlər zamanı da sarğısız çıxış etdiyi, lakin rəsmi oyunlarda biləklərini sıx şəkildə bağladığı vurğulanır.
Qeyd edək ki, bütün bunlar sosial şəbəkələrdə yayılan iddia və fərziyyələrdir. Yamalın və ya digər “Barselona” futbolçularının dopinq qəbul etdiyini təsdiqləyən hər hansı sübut təqdim olunmayıb.
