Mussolininin nəticəsi 2031-ci ilədək “Latsio”da qalacaq

11 Noyabr 2026 00:56
46
Mussolininin nəticəsi 2031-ci ilədək “Latsio”da qalacaq

İtaliyanın “Latsio” klubu futbolçusu Romano Floriani Mussolini ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, yeni anlaşma 2031-ci il iyunun 30-dək qüvvədə olacaq.

Floriani müqaviləsinin yenilənməsindən məmnunluğunu ifadə edib:

“Bu rənglər altında çıxışıma davam etmək mənim üçün böyük qürurdur. Bu, hər zaman maksimum gücümü ortaya qoymaq üçün əlavə motivasiyadır. İrəli, “Latsio”!”

Qeyd edək ki, müdafiəçi 2016-cı ildə “Roma”nın akademiyasından “Latsio”ya keçib. O, cari mövsüm A Seriyasında doqquz oyunda meydana çıxıb və bir qol vurub.

Romano 1922-1943-cü illərdə İtaliyanın baş naziri olmuş, Milli Faşist Partiyasının qurucusu Benito Mussolininin nəticəsidir. O, Benitonun nəvəsi, siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır.

İdman.Biz