“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Barselona”nın futbolçusu Lamin Yamalı Lionel Messi və Kriştianu Ronaldunun eyni yaşdakı səviyyələri ilə müqayisə edib.
İdman.Biz xəbər verir ki, Cerrard bu barədə “The Overlap Daily” verilişində danışıb:
“O, Ronaldunun 19 yaşındakı səviyyəsindən daha irəlidədir. Messi gənc olanda ona qarşı oynamışam. Ehtimal ki, Yamal onun həmin dövrdəki səviyyəsindən də irəlidədir”.
Cerrard hesab edir ki, gənc futbolçu inkişafını davam etdirəcəyi təqdirdə hər iki ulduzun səviyyəsinə çata bilər.
Bununla yanaşı, o, Yamalın qarşısındakı əsas çətinliyin uğur qazanmaq istəyini qorumaq və Messi ilə Ronaldu qədər sabit çıxış etmək olacağını düşünür.
