Braziliya millisində Vinisiusun əvvəlki formasına qayıdacağına inanırlar

10 Noyabr 2026 21:21
36
Braziliya millisində Vinisiusun əvvəlki formasına qayıdacağına inanırlar

“Real Madrid”də çətin dövr keçirən Vinisius Junior Braziliya millisində komanda yoldaşlarından dəstək alır.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, yığmanın futbolçuları Karlo Ançelottinin 26 yaşlı hücumçunun əvvəlki formasını bərpa etməsinə kömək göstərə biləcəyinə inanırlar.

İtaliyalı mütəxəssislə Vinisius vaxtilə “Real Madrid”də birlikdə uğurlu çıxış ediblər. Ançelotti braziliyalının Madrid klubunun aparıcı hücum oyunçularından birinə çevrilməsində mühüm rol oynayıb.

Hazırda isə Joze Mourinyonun rəhbərlik etdiyi komandada Yan Diomandenin yüksəlişi Vinisiusun start heyətindəki mövqeyini təhlükə altına salır.

Buna baxmayaraq, Vinisius Ançelottinin çalışdırdığı Braziliya millisində əsas fiqurlardan biri olaraq qalır.

İdman.Biz