De Yonq: “Çox az adam matçları 90 dəqiqə izləyir”

10 Noyabr 2026 19:51
38
De Yonq: “Çox az adam matçları 90 dəqiqə izləyir”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq futbolçuların oyununa verilən qiymətlərdən danışıb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, futbolçu hazırda az adamın qarşılaşmaları əvvəldən sona qədər izlədiyini, bunun da oyunçuların əsasən qol və məhsuldar ötürmə sayına görə qiymətləndirilməsinə səbəb olduğunu söyləyib:

“Çox az adam matçları tam, bütün 90 dəqiqə ərzində izləyir. Bəziləri meydanda nə baş verdiyini, futbolçuların niyə bu və ya digər qərarı verdiyini, hansı hərəkətin həqiqətən faydalı olduğunu, hansının isə olmadığını tam anlamırlar.

Futbolda ən asanı oyunçuları vurduqları qollara və verdikləri məhsuldar ötürmələrə görə qiymətləndirməkdir. Mənim belə göstəricilərim, əlbəttə, xeyli azdır. Amma oyunumu izləsəniz, yaxşı futbolçu olub-olmadığımı anlaya bilərsiniz”.

İdman.Biz