Vilyam Qallas: “Arsenal” inamlı oynayır və çox güclü görünür”

10 Noyabr 2026 20:42
37
Vilyam Qallas: “Arsenal” inamlı oynayır və çox güclü görünür”

“Arsenal”ın və Fransa millisinin sabiq futbolçusu Vilyam Qallas London klubunun cari mövsümdə çempionluq titulunu qorumaq şanslarını dəyərləndirib.

İdman.Biz “Tribal Football” nəşrinə istinadən xəbər verir ki, Qallas komandanın oyunundan razı qaldığını söyləyib:

“Arsenal” çox inamlı oynayır. Premyer Liqada cəmi beş qol buraxıblar. Hamını əsasən bir sual maraqlandıracaq: bu mövsümdə neçə qol buraxacaqlar? Ötən mövsüm də hamı onların bəlkə də 15-dən az qol buraxacağını deyirdi. Ancaq mövsümün ikinci yarısı “Arsenal” üçün çətin keçdi”.

Qallas müdafiədəki uğurlu çıxışda bütün komandanın payı olduğunu qeyd edib:

“Hazırda çox güclü görünürlər. Biz tez-tez müdafiəçilərindən və onların nə qədər yaxşı olduqlarından danışırıq. Amma məncə, bütün komandanın oyununu müzakirə etməliyik. Çünki müdafiəyə ilk olaraq hücumçular və cinah oyunçuları başlamalıdırlar. Onlar işlərini düzgün yerinə yetirirlər. Bu da müdafiəçilərə həddindən artıq təzyiq hiss etmədən oynamaq imkanı yaradır”.

Sabiq futbolçu mövsümün ikinci yarısının həlledici olacağını da diqqətə çatdırıb:

“Bu səviyyəni mövsümün sonunadək qoruyub saxlaya biləcəklərini görmək maraqlı olacaq. Bilirik ki, çempionatın ikinci yarısı hər klub üçün ən çətin dövrdür. Hazırda elə görünür ki, titul uğrunda yalnız iki komanda - “Arsenal” və “Mançester Siti” mübarizə aparacaq”.

İdman.Biz