Yamal Azərbaycanı Qazaxıstanla qarışdırdı - VİDEO

11 Noyabr 2026 01:51
53
Yamal Azərbaycanı Qazaxıstanla qarışdırdı

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamalın azarkeşlər üçün hazırlanan hədiyyə barədə sözləri Bakıya səfər kontekstində diqqət çəkib.

İdman.Biz xəbər verir ki, futbolçu tərəfindən paylaşılan videoda onun küçədə insanlara qulaqlıq payladığı əksini tapıb. Aksiya çərçivəsində “qızıl bilet” də hazırlanıb. Onun sahibi Çempionlar Liqası matçına iki bilet və Yamalın imzaladığı bir cüt buts qazanacaq.

Qalibin hansı qarşılaşmaya gedəcəyi soruşulanda futbolçu Qazaxıstanın adını çəkib:

“Seçim məndə olsaydı, onlara Qazaxıstandakı oyuna bilet verib ora göndərərdim. Qazaxıstandakı oyuna getsinlər”.

Qazaxıstan mediası “Barselona”nın təqviminə əsaslanaraq Yamalın əslində Azərbaycanı nəzərdə tutduğunu yazıb. Kataloniya klubunun Çempionlar Liqasında növbəti səfər qarşılaşması Bakıda keçiriləcək.

“Barselona” noyabrın 25-də liqa mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq.

Bu arada qeyd edək ki, Lamin Yamal sağ dizindəki narahatlıq səbəbindən bərpa prosesi keçir, lakin İspaniya millisinin baş məşqçisi Luis de la Fuente açıqlamasında onun noyabrın 15-də İngiltərə ilə görüşə hazır olacağını bildirib.

İdman.Biz