Rafinyanı yeni zədədən qorumaq üçün razılaşma əldə olunub

11 Noyabr 2026 02:13
42
Rafinyanı yeni zədədən qorumaq üçün razılaşma əldə olunub

“Barselona” və Braziliya Futbol Konfederasiyası (CBF) Rafinyanın oyun vaxtına nəzarətlə bağlı razılığa gəlib.

İdman.Biz Globo-ya istinadən xəbər verir ki, tərəflərin əsas məqsədi hücumçunun ardıcıl üçüncü dəfə zədələnməsi riskini minimuma endirməkdir.

Rafinya sentyabr və oktyabrda milli komandaların oyunları ilə əlaqədar fasilələrdən sonra “Barselona”ya sağ ayağının dizaltı vətərində zədə ilə qayıdıb.

Həmin dövrdə Kataloniya klubunun prezidenti Joan Laporta millilərin oyunları üçün ayrılan fasilənin üç həftəyədək uzadılması qərarını tənqid edib.

Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Rafinyanı noyabrın 14-də Yaponiya, 17-də isə Sinqapurla keçiriləcək yoldaşlıq görüşlərinə dəvət edib.

İdman.Biz