UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Sabah”la Danimarkanın “Orhus” klubua arasında oyun yekunlaşıb.
İdman.Biz bildirir ki, matç 4:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb. Beləliklə, ilk oyunda 1:2 hesabı ilə məğlub olan Azərbaycan klubu iki oyunun nəticəsinə görə tarixində ilk dəfə Çempionlar Liqasının pley-off məırhələsinə vəsiqə qazanıb.
“Sabah” daha bir rekorda imza atıb. Klub Çempionlar Liqasında ilk dəfə olaraq böyük hesabla qələbə qazanıb.
“Sabah” beləliklə, UEFA Çempionlar Liqası və yaxud Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Klub Çempionlar Liqasının pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütlüyünün qalibi ilə rastlaşacaq.
21:47
"Sabah" - "Orhus" matçında hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, 79-cu dəqiqədə Sanders Severina meydan sahiblərinin üstünlüyünü artırıb - 4:0. Bu hesabla "Sabah" növbəti mərhələyə adlayır.
21:38
"Sabah" - "Orhus" matçında hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, 79-cu dəqiqədə Coy Lens Mikels meydan sahiblərinin üstünlüyünü artırıb - 3:0. Bu hesabla "Sabah" növbəti mərhələyə adlayır.
21627
"Sabah" - "Orhus" matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Stiv Solvet meydan sahiblərinin üstünlüyünü artırıb - 2:0. Bu hesabla "Sabah" növbəti mərhələyə adlayır.
21:19
"Sabah" - "Orhus" matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 59-cu dəqiqədə Velko Simiç meydan sahiblərini irəli çıxarıb.
21:04
UEFA Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" - "Orhus" qarşılaşmasında ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, oyunda hələlik hesab açılmayıb.
20:48
UEFA Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" - "Orhus" qarşılaşmasının ilk yarısında hesab açılmayıb.
İdman.Biz bildirir ki, "Sabah"ın böyük üstünlüyü ilə keçən hissə 0:0 hesabı ilə bitib.
20:01
"Sabah" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Danimarkanın "Orhus" klubunu qəbul edir.
İdman.Biz xəbər verir ki, matç "Bank Respublika Arena"da keçirilir.
19:08
"Sabah" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Danimarkanın "Orhus" klubunu qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 7. Umarali Rahmonaliyev, 13. İvan Lepinitsa, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 99. Orfe Mbina
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandeş.
Baş məşqçi: Valdas Dambrauskas
"Orhus": 21. Mads Kristiansen, 19. Erik Kahl, 25. Kolin Rösler, 26. Yakob Andersen, 11. Gift Links, 10. Kristian Arnstad (k), 4. Maqnus Knudsen, 16. Yens Yonsson, 29. Rasmus Karstensen, 28. Ceyms Bogere, 31. Tobias Bex
Ehtiyat oyunçular: 1. Yasper Hansen, 42. Marius van der Raad, 7. Markus Solbakken, 8. Sebastyan Yorgensen, 13. Yanni Serra, 14. Tobias Molqaard, 20. Tomas Oli Kristyansson, 23. Mikael Anderson, 27. Stefen Tçamçe, 39. Frederik Emmeri, 44. Muhammade Kamara, 45. Kristian Storx
Baş məşqçi: Yakob Poulsen
09:24
“Sabah” futbol komandası bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində növbəti sınağına çıxacaq.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın “Orhus” futbol komandası ilə cavab matçında üz-üzə gələcək.
Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada “Orhus” 2:1 hesabı ilə qalib gəlib. Buna görə “Sabah” mərhələ adlamaq üçün cavab görüşündə sərfəli nəticə qazanmalıdır.
Azərbaycan çempionu Danimarka təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva, İsrail) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” “Orhus” səddini aşa bilməyəcəyi təqdirdə isə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu halda Bakı klubu “Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
