Azərbaycan Birinci Liqasında birinci dövrəyə bu gün doqquzuncu turun son iki oyunu ilə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, günün ilk matçında saat 14:30-da “Zaqatala” “Xankəndi”ni qəbul edəcək. Saat 16:00-da isə “Səbail” “Şimal”la üz-üzə gələcək.
“Zaqatala” beş xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Altı xalı olan “Xankəndi” səkkizinci yerdədir. “Səbail” 13 xalla beşinci, 11 xala malik “Şimal” isə altıncı pillədə qərarlaşıb.
Azərbaycan Birinci Liqası
Doqquzuncu tur
27 noyabr
14:30. “Zaqatala” - “Xankəndi”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
16:00. “Səbail” - “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Masazır. “Bank Respublika Arena”.
Qeyd edək ki, turun ilk oyunlarında “Şahdağ Qusar” “Baku Sportinq”i 1:0, “Karvan-Yevlax” “Mingəçevir”i 2:1 hesabı ilə yenib, “Gəncəbasar” - MOİK matçında isə qalib müəyyənləşməyib (0:0).
