“Sabah” klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib

26 Noyabr 2026 17:56
31
“Sabah” klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib

“Sabah” klubu Bakıda “Barselona” ilə qarşılaşmanı izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, klubun yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.

Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona”ya 1:4 hesabı ilə uduzub.

İdman.Biz