“Neftçi” “Zirə” ilə oyunun hazırlığını başa vurdu - FOTO

26 Noyabr 2026 19:39
68
“Neftçi” “Zirə” ilə oyunun hazırlığını başa vurdu

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda “Zirə” ilə keçiriləcək qarşılaşmanın hazırlığını yekunlaşdırıb.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” son məşqdən fotoları sosial şəbəkə hesablarında paylaşıb və azarkeşləri sabahkı oyuna dəvət ediblər.

“Neftçi”nin heyətində zədəli Murad Xaçayev qarşılaşmanı buraxacaq. “Zirə”də isə İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər. Hər iki komandanın heyətində cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, noyabrın 27-də “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda 27 xalla turnir cədvəlinə başçılıq edən “Neftçi”dən fərqli olaraq, “Zirə” 20 xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz