“Sumqayıt”ın futbolçularına yeni oyun qaydaları izah edildi - FOTO

26 Noyabr 2026 21:15
53
“Sumqayıt”ın futbolçularına yeni oyun qaydaları izah edildi

AFFA-nın Hakimlər Komitəsi “Sumqayıt” Futbol Klubunda yeni oyun qaydaları ilə bağlı seminar təşkil edib.

İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”nın konfrans zalında keçirilən tədbirdə klubun kişi və qadınlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti iştirak edib.

Hakimlər Komitəsinin üzvləri, sabiq FIFA referiləri Asim Xudiyev və Orxan Məmmədov seminar iştirakçılarına hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat veriblər.

İdman.Biz