Almaniya millisində penalti qalmaqalı: Zərbə vurmağa tərəddüd ediblər - VİDEO

30 İyun 2026 18:05
97
Almaniya millisində penalti qalmaqalı: Zərbə vurmağa tərəddüd ediblər - VİDEO

Futbol üzrə Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.

İdman.Biz xəbər verir ki, oyunsonrası Almaniya yığmasının penalti seriyasında ciddi problemlə üzləşdiyi üzə çıxıb. Bu barədə “Bild” məlumat yayıb.

Seriya zamanı bir neçə futbolçu 11 metrlik zərbəni yerinə yetirməkdə tərəddüd edib. Nəticədə həlledici zərbəni müdafiəçi Conatan Ta vurub.

O, topu qapıdan kənara göndərib və Yulian Naqelsmannın komandasını məğlubiyyətdən xilas edə bilməyib. Maraqlıdır ki, bu, Tanın peşəkar karyerasında ilk penalti zərbəsi olub.

Həmin anda meydanda ilk beş zərbəni yerinə yetirən futbolçulardan başqa Leon Qoretska, Valdemar Anton, Nataniel Braun, Malik Tiav və qapıçı Manuel Noyer də olub.

Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Paraqvay 1/8 finala yüksəlib.

İdman.Biz
Məqalədə: