2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Braziliya - Yaponiya oyununu Braziliyada yerləşən Müqəddəs Məryəm monastırının rahibələri də canlı izləyiblər.
İdman.Biz xəbər verir ki, Braziliyalı hücumçu Qabriel Martinelli qələbə qolunu vurduqdan sonra monastırdakı rahibələr sevinc hisslərini gizlədə bilməyiblər.
Rahibələrin Martinellinin son saniyələrdə vurduğu qola verdiyi səmimi reaksiya qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və izləyicilərin marağına səbəb olub.
Xatırladaq ki, DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində baş tutan Braziliya - Yaponiya matçı Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Braziliya 1/8 finala yüksəlib və orada Kot-d'İvuar – Norveç matçının qalibi ilə rastlaşacaq. Yaponiya isə turnirdə mübarizəni dayandırıb.
