Paraqvayın qələbəsini Çili prezidenti və mühafizəsi belə qeyd etdi - FOTO/VİDEO

30 İyun 2026 14:03
103
Paraqvayın qələbəsini Çili prezidenti və mühafizəsi belə qeyd etdi - FOTO/VİDEO

Futbol üzrə Paraqvay millisi DÇ-2026-nın 1/16 finalında Almaniyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, tarixi qələbə Paraqvayda böyük coşqu ilə qarşılanıb. Sevincli anlardan biri Asunsion aeroportunda yaşanıb.

Oyunun penaltilər seriyasının başlanmasından bir neçə dəqiqə əvvəl Çili prezidenti Xose Antonio Kastın təyyarəsi aeroporta eniş edib. Prezident rəsmi qarşılanma mərasimindən sonra onun üçün ayrılmış iqamətgaha getməzdən əvvəl elə aeroport binasındaca penalti vuruşlarına baxıb və Paraqvay millisinin qələbəsini böyük sevinclə qarşılayıb.

Prezidentin rəsmi mühafizə heyəti də aeroportda Paraqvay - Almaniya matçının penaltilər seriyasını telefonda izləyiblər. Paraqvayın növbəti mərhələyə yüksəlməsi dəqiqləşəndən sonra mühafizənin əməkdaşları və aeroportda xidmət aparan paraqvaylı polislər sevincdən bir-birini qucaqlayıblar.

Qeyd edək ki, Paraqvay əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

İdman.Biz