“Qarabağ” Avstriyada “Tirol”u Savonun het-triki ilə darmadağın edib - YENİLƏNİB + VİDEO

27 İyun 2026 21:10
1 307
“Qarabağ” Avstriyada “Tirol”u Savonun het-triki ilə darmadağın edib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu komandası sözügedən ölkədə ilk yoxlama oyunu keçirib.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə qarşılaşıb.

Matç 4:0 hesabı ilə “Qarabağ” xeyrinə başa çatıb. Qollardan üçünü komandanın yeni transferi Zakariya Savo vurub. Dördüncü qola Kamilo Duran imza atıb.

10:37

Bu gün Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu komandası sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə qarşılaşacaq.

“In Gernot Langes” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib - 4:3.

İdman.Biz