Futbol üzrə Azərbaycan İkinci Liqasında 11-ci turun oyunları davam edir.
İdman.Biz xəbər verir ki, “Zəngəzur” “Hypers”i, “Ağdaş” “Şirvan”ı, “Kür-Araz” isə “Qaradağ Lökbatan”ı qəbul edəcək.
Hər üç görüş eyni vaxtda başlayacaq.
Azərbaycan İkinci Liqası
11-ci tur
16 noyabr
14:00. “Zəngəzur” - “Hypers”
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu.
14:00. “Ağdaş” - “Şirvan”
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu.
14:00. “Kür-Araz” - “Qaradağ Lökbatan”
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
İmişli. Heydər Əliyev adına şəhər stadionu.
Qeyd edək ki, turun açılış oyunlarında “Marafon” “Şəki”ni 5:0, “Ağstafa Gəncləri” isə “Difai”ni 3:0 hesabı ilə məğlub edib.
