Meksika azarkeşlərindən Ekvadora yuxusuz gecə planı - VİDEO

30 İyun 2026 13:04
106
Meksika azarkeşlərindən Ekvadora yuxusuz gecə planı - VİDEO

Futbol üzrə DÇ-2026-da Meksika - Ekvador oyunu öncəsi meydandan kənarda da gərginlik yaşanıb.

İdman.Biz “Excelsior”a istinadən xəbər verir ki, Meksika azarkeşləri Ekvador millisinin qaldığı hotelin qarşısına toplaşıblar. Onlar gecə saatlarında rəqib komandanın istirahətinə mane olmaq üçün avtomobil siqnalları, meqafonlar, musiqi və şüarlarla səs-küy yaradıblar.

Hadisənin Meksika Siti yaxınlığındakı Santa-Fe bölgəsində baş verdiyi bildirilir. Braziliya mətbuatının məlumatına görə, Ekvador nümayəndə heyəti vəziyyətə nəzarət edilməsi üçün polisə müraciət edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə azarkeşin hotelin qarşısında toplaşdığı görünür. Yerli fanatlar bununla Ekvador futbolçularını oyun öncəsi yuxusuz saxlamağa çalışıblar.

Qeyd edək ki, Meksika və Ekvador 1/16 final mərhələsində bu axşam Bakı vaxtı ilə saat 05:00-da üz-üzə gələcək.

İdman.Biz